"Kəpəz" klubunun məşqində gözlənilməz hadisə baş verib.
Offsideplus.az Pressing.az-a istinadən xəbər verir ki, bir qrup şəxs "sarı-göylər"in məşq etdiyi yerə gələrək, baş məşqçi Tərlan Əhmədova qahmar çıxıb.
Belə ki, həmin şəxslər futbolçuların yanında mütəxəssisə müxtəlif ifadələrlə dəstək olublar.
"Tərlan, Allah səni istəməyənlərin bəlasını versin!", "Həmişə arxandayıq, daim dəstək olacağıq" kimi ifadələr səsləndirən şəxslərə çalışdırıcı "Amin", - deyə cavab verib. Onlar bu hərəkəti bir növ futbolçulara görk olması üçün ediblər.
Naməlum kəslər futbolçulara üz tutaraq "Sabah "Şamaxı"nı mütləq udmalısınız", da deyiblər.
Bizə çatdırılan bilgiyə görə, həmin şəxslər Tərlan Əhmədovun öz istəyi ilə məşq prosesinə təşrif buyurublar.
Qeyd edək ki, təcrübəli mütəxəssisin adı "Kəpəz"ə getdikdən bəri tez-tez qalmaqallarda hallanır.