"Kəpəz" klubunda ayrılıq baş tutub.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi iranlı müdafiəçisi Peyman Keşavarzi ilə yolları ayırıb.
Komandanın baş məşqçisi Tərlan Əhmədov qarşıdakı dövrədə 26 yaşlı futbolçunun xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, "sarı-göylər" Keşavarzi ilə bu ilin avqustunda 1 illik müqavilə imzalamışdı.
Əlavə edək ki, Keşavarzi əvvəllər Azərbaycanda "Sumqayıt" və "Səbail"də oynayıb.