Dünən futbol üzrə Azərbaycan çempionatında (yeni adı ilə Misli Premyer Liqası - red.) yeni mövsüm start götürdü.
Açılış matçında "Kəpəz"in "Zirə"yə 1:2 hesabıyla uduzduğu ilk tur ümumilikdə 4 günü əhatə edəcək. Belə ki, matçlar 5, 6, 7 və 8 Avqust tarixlərində keçiriləcək.
Bu gün isə son ölkə çempionu, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Azərsun Arena"da "Səbail"i qəbul edəcək. Lakin oyundan əvvəl baş verən proseslər azarkeşləri narazı salıb.
Belə ki, oyuna gəlmək istəyən tamaşaçı bilet almaq üçün 5 AZN-indən keçiməlidir. Bu da azarkeşlərin tənqidinə səbəb olub. Onlar sosial şəbəkələrdə gileylərini dilə gətiriblər. Fanatların yazdığı rəylərin bəzilərini təqdim edirik:
Offsideplus.az futbolsevərlərin bu probleminin həll yolunu tapmaq ümidi ilə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladı. Klubun sözçüsü saytımıza açıqlamasında bildirdi ki, biletlərin qiyməti dəyişməyəcək:
"Bir sual verim, Çempionlar Liqasında oynayan "Qarabağ"la, "Səbail"lə oynayan "Qarabağ" arasında fərq varmı? Rəqib kim olursa olsun, oynayan eyni komanda - "Qarabağ"dır. İlk öncə "Qarabağ"a dəyər vermək lazımdır. İnanıram ki, azarkeşlərimiz oyuna gələcəklər, bizi dəstəkləyəcəklər. Onlarsız bir günümüz olmasın, azarkeşlərimizə güvənimiz, inamımız sonsuzdur. Biletlərin qiymətinə gəlincə isə, bu, artıq müəyyənləşib. Biletlər həmin qiymətə satılacaq".
Qeyd edək ki, "Qarabağ" - "Səbail" matçı bu gün saat 20:00-da start götürəcək.
Bizi Teleqramda izləyin