Argentina yığmasının futbolçusu Xavyer Maskerano yığmadakı karyerasını başa vurub. 

Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi DÇ-2018-in 1/8 finalında Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra "Tyc Sports" telekanalına açıqlamasında deyib: "Millidən ayrılmaq vaxtı gəlib çatdı. Bundan sonra yığmanın azarkeşiyəm".

 Qeyd edək ki, X.Maskerano 2003-cü ildən Argentina millisinin şərəfini qoruyurdu.