Abdullah Zubir Premyer Liqada 25-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi 18-ci turun “Qəbələ” ilə görüşünə təsadüf edib. 5:1 hesablı qələbəyə bir qolla töhfə verən fransalı legioner 84-cü matçda “25”ə çatıb.
2018/19 mövsümündən Ağdam klubunda çıxış edən Zubir öncə 6, növbəti çempionatda 5 dəfə fərqlənib. Son iki mövsümdə isə onun aktivində 7 qol olub. O, ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ”nin qapısından keçirib.
Fransalı 4:1 hesabı ilə bitən görüşdə dubl müəllifi olub. Abdullah “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 16-cı futbolçu kimi düşüb. O, bu siyahıda Yaşar Hüseynovla Vaqif Cavadova çatıb.