"Sabah" futbol klubuna məxsus avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanıldığı barədə xəbər yayılıb.
Offsideplus.az xəbər verir ki, klub barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ni (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.(lent.az)
Məsələ ilə "tələbələr"in mətbuat katibi Elnur Həmidova müraciət etdik. O, klubun bununla bağlı müvafiq tədbir görəcəyini bildirdi:
"Bu məsələ klub daxilində araşdırılıb, müvafiq tədbir görüləcək".