Emin Mahmudov Azərbaycanda görünməmiş məhsuldarlığa imza atıb.
Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, millinin yarımmüdafiəçisi bir seçmə mərhələnin ardıcıl 3 oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Emin bu məhsuldarlığa DÇ-2022-nin seçmə oyunlarında imza atıb. O, Serbiya ilə ev, Lüksemburq (hər ikisi 1:2) və İrlandiya (1:1) ilə səfər matçlarında rəqib qapısına yol tapıb.
Mahmudova qədər yığmamızın heç bir oyunçusu eyni seçmə mərhələdə ardıcıl 3 qarşılaşmada qol sevinci yaşamayıb.
Ümumilikdə isə yarımmüdafiəçi yığma tarixinə ardıcıl 3 seçmə oyunda qol vuran ikinci futbolçu kimi düşüb. Daha əvvəl Vaqif Cavadov iki fərqli tsikldə 3 dəfə fərqlənib.