Bu gün Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçirilib.
Offsideplus.az-ın məlumatına görə, İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları arasında "Uindzor Park" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığındadn hakim əlavə vaxt təyin edib. Əlavə vaxtda bu hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu zaman daha dəqiq olan "Çelsi" 6:5 hesabı ilə qalib gəlib və kuboku başı üzərinə qaldırıb.
UEFA Super Kuboku
23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya) 1:1 (H.Ziyeş, 27. - Moreno, 73.) 6-5 (Penaltilər seriyası)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu