Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Bakıda Serbiya millisinə 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında Aleksey İsayevlə bağlı da danışıb.

 Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis millimizin üzvünün Portuqaliya ilə oyundan (1:0) sonra erməni şəxsin paylaşımına “qardaşım” yazmasına münasibət bildirib.

De Byazi futbolçunun səhvini başa düşdüyünü bildirib:

"O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də yazdığını sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşüb".