Vaxtilə "Qəbələ"nin şərəfini qorumuş Daniel Subotiç Azərbaycandakı günləri yada salıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı forvard legioner həyatı yaşamaqdan məmnun qaldığını deyib: “Karyeramda oynadığım komandalara görə peşman deyiləm. Xaricdə əvəzolunmaz təcrübə qazandım və tez böyüdüm. Düzdür, ailəmdən kənarda yaşadım və bu, heç də rahat deyildi. Ancaq hər kəsə ölkə xaricinə yollanmağı məsləhət görərdim. İnsan orada ömür boyu öyrənir”.
Qeyd edək ki, 2013-14 və 2017-ci ildə “Qəbələ”nin formasını geyinən Subotiç hazırda ölkəsində “Qrasshopper” klubunda millimizin forvardı Renat Dadaşovun komanda yoldaşıdır. O, 2013/14 mövsümündə Premyer Liqada 12 qol vuraraq komandasının bombardiri olub


