U-21 Slovakiya səfərindən xalsız dönür.
Oyun heç-heçə başa çatmağa yaxın olsa da, meydan sahiblərinin son saniyədə vurduğu qol həlledici olub. İtki təkcə 3 xal olmayıb.
Milli baş məşqçisini də itirmək məcburiyyətində qalıb. Offsideplus.az xəbər verir ki, Milan Obradoviç norveçli referinin qəzəbinə tuş gəlib. Oyunun son dəqiqələrində ardıcıl iki sarı vərəqə alan serbiyalı mütəxəssis texniki zonadan qovulub. Bu isə o deməkdi ki, Obradoviç oktyabrın 13-də Qoridə Gürcüstanla keçiriləcək qarşılaşmanı tribunadan izləmək məcburiyyətində qalacaq.