"Hazırda Latviya millisində işləməyi düşünmürəm. İlk növbədə bunun üçün təklif almalıyam. Həmin vaxt konkret fikrim olar. Belə bir təklif isə yoxdur. Buna görə də bu barədə fikirləşmirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssis bildirib ki, Marian Paxar ötən il yığmanın baş məşqçisi vəzifəsindən gedən zaman Latviya Futbol Federasiyasının nümayəndələri ona müraciət ediblər: "Müəyyən danışıqlarımız oldu. Amma bu danışıqları konkret adlandırmazdım”.
Qriqorçuk Latviya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olan Kaspar Qorkşla xoş sözlər deyib: "Kasparla bağlı nəinki xoş xatirələrim var, həmçinin, bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyinin lehinəyəm. Çünki bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm”. (qol.az)