Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov "Yandex.ru"ya müsahibə verib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında İtaliya "Roma"sını geyinən Henrix Mxitaryanın Bakıdan hədələr almasına dair fikirlərinə münasibət bildirib: "Azərbaycanda kiminsə Mxitaryanı hədələdiyini düşünmürəm. Artıq burada erməniləri qəbul etmişik, onların təhlükəsizliklərinə də təminat verilib. İdmançılar üçün hər şey təmin edilib. Azərbaycanda normal idman tədbirləri keçirilib. İdman siyasətlə əlaqəli deyil".

Qeyd edək ki, Henrix Mxitaryan 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının finalında müqavilə ilə məxsus olduğu İngiltərə "Arsenal"ı ilə birgə Azərbaycana gəlməkdən imtina edib. Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Çelsi"nin 4:1 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.