Futbol üzrə ABŞ yığmasının Qətərdə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.

Offsideplus.az xəbər verir ki, son iki gündə regionda məlum vəziyyətin gərginləşməsinə görə, yanvarın 5-dən 25-nə qədər nəzərdə tutulan toplanış baş tutmayacaq.

Qeyd edək ki, dünən Bağdadda ABŞ-ın aviazərbəsi nəticəsində məşhur iranlı general Qasım Süleymani öldürülüb.