Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub.
AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq. Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.