Rusiyanın "Lokomotiv" klubunun sabiq baş direktoru Vladimir Leonçenko Aleksey Batrakovun "Qalatasaray"da tez uyğunlaşmasından danışıb.

Offsideplus.az xəbər verir ki, Leonçenko Batrakovun gənc yaşlarından etibarən yüksək fiziki göstəricilərə malik olduğunu bildirib. O qeyd edib ki, müasir futbolda bu amil xüsusilə önəmlidir, lakin ən vacibi qərarvermə sürəti, texniki hazırlıq, koordinasiya və xarakterdir. Leonçenko vurğulayıb ki, Batrakov gənclər komandasında da tez uyğunlaşmışdı və əsas komandaya keçid zamanı cəmi iki-üç oyuna adaptasiya olmuşdu.

"Keçən il potensial danışıqlar başlayanda məndən soruşurdular: böyük klubda oynaya biləcəkmi, yüklənmələrə tab gətirəcəkmi? Mən deyirdim: əlbəttə, bacaracaq. Çünki güclü komanda yoldaşları ilə oynamaq daha asandır. İndi isə hamı gördü ki, o, həm Türkiyə çempionatına, həm də Çempionlar Liqasına çox tez uyğunlaşdı. Eyni vəziyyəti gənclərdən əsas komandaya keçidində də müşahidə etmişdik", – deyə Leonçenko bildirib.