Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts Niderland üzərində 5:0 hesablı qələbəni dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Virts bu nəticəni ilin layiqli yekunu adlandırıb və komanda şəklində böyük irəliləyişə nail olduqlarını bildirib. "Bu, ilin layiqli yekun akkordu oldu və biz çox razıyıq. İndi eyni ruhda davam etmək istəyirik. Komanda olaraq böyük irəliləyiş əldə etmişik və bu kollektivdə oynamaq böyük zövqdür. Ümid edirəm ki, azarkeşlər üçün də oyunumuzu izləmək maraqlı idi – biz də xüsusilə ikinci hissədə böyük həzz aldıq. Birinci hissədə çox çalışmalı, çox qaçmalı olduq, amma ikinci yarıda meydanda daha çox boşluq yaranınca işimiz asanlaşdı", – deyə Virts vurğulayıb.