"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasındakı rəqabətin digər Avropa çempionatlarından daha yüksək olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, sabah "Real Madrid" səfərdə İspaniya çempionatının 4-cü turunda "Betis"lə qarşılaşacaq. Mourinyo bildirib ki, "Atletiko" ciddi rəqib olacaq. Onlar buna inandıqlarını və bunu hiss etdiklərini düşünürəm. Eyni baş məşqçi və eyni mentalitetlə sabitlik futbolda böyük üstünlükdür. Bundan əlavə, "Betis" və "Vilyarreal" kimi Çempionlar Liqasında çıxış edən güclü komandalar var və sabah bunun şahidi olacağıq. Bask klubları da çox güclüdür.
Mourinyo əlavə edib: "Hesab edirəm ki, bu, ən asan çempionat deyil. Burada daim qələbə qazanmaq tələbi və təzyiqi hiss olunur, bu isə digər liqalarda, xüsusilə Almaniya və Fransada yoxdur. Orada hər il rahatlıqla çempion olmaq mümkündür. Burada isə qələbədən başqa heç bir nəticə yaxşı sayılmır".


