AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.
Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, S.Hacıyev Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” – “Porto” oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, matç dekabrın 11-də İstanbul şəhərindəki Esenyurt Necmi Kadıoğlu stadionunda baş tutacaq.