"Mançester Siti" 18 yaşlı Mərakeş millisinin yarımmüdafiəçisi Ayub Buaddinin transferi üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, insayder Fabrizio Romano klubun Buaddini yaxın günlərdə heyətinə qatacağına inandığını bildirib.
Mərakeşli futbolçu "Mançester Siti"yə bu yay və ya 2027-ci ildə qoşula bilər.
Bu qərar, həmçinin Rodrinin gələcəyindən asılı olacaq.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi ilə "Real Madrid" maraqlanır.


