"Qarabağ"la matçdan öncə Bolqarıstanın "ÇSKA" klubunun baş məşqçisi Xristo Yanev mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü öncəsi rəqibin gücünə diqqət çəkib:

"Qayəsi topla oynamaq olan "Qarabağ" ciddi rəqibdir. Onların təcrübəli baş məşqçisi və formalaşmış dəst-xətti var. İlk matç göstərdi ki, bizi narahat edə biləcək tərəfləri çoxdur. Amma biz də keyfiyyətimizə inanmalı, möhkəm duruş nümayiş etdirməliyik. Məqsədimiz ilk qarşılaşmadakı oyunu təkrarlayıb mərhələ keçməkdir".

Yanev həmçinin azarkeş faktoru və komandadakı intizamdan söz açıb:

"Futbolçu karyeramda "Milan" və "Liverpul" kimi klublara karşı çıxış edərkən stadionların yaratdığı ab-havanı görmüşəm. Sabah da tribunalardan həmin enerjini gözləyirəm. Oyundakı bütün mümkün ssenarilərə hazırıq".

Qeyd edək ki, iyulun 30-da Sofiyada baş tutacaq "ÇSKA" – "Qarabağ" matçının start fiti saat 22:00-da səslənəcək. Bakıdakı ilk görüşdə heç-heçə (0:0) qeydə alınıb.