Portuqaliyalı hakim Joau Pedro Pinyeyru Lionel Messi ilə Argentina və İsveçrə yığmaları arasında keçirilən DÇ-2026-nın 1/4 final oyununda yaşanan insident barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində İsveçrə millisinin sərbəst zərbəsi öncəsi Pinyeyru Messiyə lazımi məsafədə durmağı tapşırıb.
Hakimin səsi və jestləri argentinalı ulduzu narazı salıb və Messi ona "Mənimlə normal danışın" deyib. Sərbəst zərbədən sonra Messi yenidən hakimin yanına gələrək "Mənimlə ədəblə danışın. Mən sizə hörmətlə yanaşıram" sözlərini əlavə edib.
Pinyeyru bildirib: "Futbolda belə dialoqlar tez-tez olur. Kapitanlar hakimlərlə daha çox danışır və yeni qaydalar buna imkan verir. Söhbət Messi və ya Ronaldudan gedəndə bu, təbii ki, daha çox diqqət çəkir. Amma bu, futbol üçün adi haldır – Çempionlar Liqasında da olur, La Liqada da. Belə söhbətlər hətta faydalıdır, çünki hər xırda epizodda sarı vərəqə göstərməyə ehtiyac qalmır. Biz də danışdıq və bir-birimizi başa düşdük".


