Kriştiano Ronaldo sabiq komanda yoldaşı Kərim Benzemanın "Əl-Hilal"ın transferinə mane olmaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu eyni zamanda Kantenin "Fənərbağça"ya, Yusuf En-Nesirinin isə "Əl-İttihad"a keçidini ləngidir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanda 4 klubun ("Əl-Hilal", "Əl-Nasr", "Əl-Ittihad", "Əl-Əhli") transferləri Dövlət İnvestisiya Fondu (PIF) razılığı alındıqdan sonra həyata keçirilir.

Ronaldo isə bu qurumun digər klublarla müqayisədə, "Əl-Nəsr"ə qarşı ədalətli davranılmadığını düşünür.

O, buna görə də komandasının bugünkü oyununu boykot edərək iştirak etməyəcək.