PSJ-nin futbolçusu Əşrəf Hakimi 15 illik həbs cəzası ilə üz-üzədir. 

Offsideplus.az xəbər verir ki, mərakeşli oyunçu təcavüz ilə ittiham olunur. Bu barədə "La Parisien" nəşri məlumat yayıb. 

Futbolçu günahsız olduğunu sübut etməyə çalışıb və maddi qazanc üçün ittiham olunduğunu iddia edib.

Prokurorluq cinayət işi üzrə məhkəmə qarşısında futbolçunun ittiham aktını tələb edir.