"Monako" klubu tezliklə 2 yeni transferini açıqlayacaq.
Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi Pol Poqba və Ansu Fati ilə razılıq əldə edib. Hər iki futbolçu artıq Monako şəhərindədir.
Fati "Barselona"dan icarə əsasında "Monako"da çıxış edəcək. Poqba isə 2027-ci ilədək "ağ-qırmızılar"ın formasını geyinəcək.
Tərəflər arasında razılıq əldə edilib və tezliklə rəsmi bəyanat veriləcək.