Hər iki "Vilyams" pilotlarının Sinqapur Qran-Prisində sıralama tur nəticələri ləğv edilib.

Offsideplus.az xəbər verir ki, Karlos Saynz və Aleks Albonun bolidləri arxa qanadlarların testindən uğurla keçıə bilməyib. Nəticədə onlar disklafikasiya olunub və nəticələri ləğv edilib. "Vilyams" pilotları sabahkı yarışa sonuncu yerlərdən start verəcəklər.

Aleks bu gün sıralama turunda 12-ci, Karlos isə 13-cü nəticəni göstərmişdi. 

Qeyd edək ki, Sinqapur Qran-Prisi 5 oktyabr Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.