Formula 1 üzrə "Haas" komandası yeni bolidini təqdim edib.
Offsideplus.az xəbər verir ki, onlar VF-26 bolidini nümayişə çıxarıb.
2026-cı ildə komandanın pilotları ötən mövsüm olduğu kimi Esteban Okon və Oliver Berman olacaq.
"Haas" 2016-cı ildən Formula 1-də mübarizə aparır. Onlar son mövsümdə 79 xalla mühəndislər kubokunda 8-ci yeri tutublar.


