Həbib Nurməhəmmədov və komandası artıq Dubaya gəlib və hazırlıqlarına başlayıblar.

Offsideplus.az xəbər verir ki, UFC çempionu açıqlama verib. Həbib bildirib ki, növbəti məqsəd Bellator kəmərinin qorunmasıdır və bu dəfə növbə Usman Nurməhəmmədovdadır. O, açıqlamasında belə deyib:

“Biz artıq Dubaydayıq və hər şey qaydasındadır. Növbəti məqsəd Bellator kəmərini qorumaqdır. Usman burada kimin ən yaxşı olduğunu sübut etməlidir. Şənbə günü Coca-Cola Arenada görüşənədək.”

Qeyd edək ki, Usman Nurməhəmmədov Bellator kəmərini qorumaq üçün Dubayda döyüşəcək.