Dünən baş tutan “Tata Steel Challengers 2025” turnirinin 4-cü turunda Aydın Süleymanlı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, şahmatçımızın rəqibi çexiyalı Tay Day Van Nyügen olub. Hər iki tərəf hərəyə 1 xal qazanıb. Hazırda təmsilçimizin aktivində 4 oyuna 2.5 xal var və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Aydın bu gün növbəti turda Özbəkistanlı Nodirbek Yakubboyev ilə qarşılaşacaq.