Seneqal milli komandasının 28 yaşlı müdafiəçisi Fode Ballo-Ture “Milan”dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, 2021-ci ildə “Monako”dan transfer edilən Ballo-Ture, İtaliya nəhəngi ilə əsas heyətdə sabit yer tutmaqda çətinlik çəkirdi. Klubla yollarını ayıran oyunçunun karyerasını hansı komandada davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Ballo-Ture sol cinah müdafiəçisi mövqeyində çıxış edir və sürəti ilə tanınır. Onun gələcək planları yaxın günlərdə dəqiqləşəcək.