"Beşiktaş"ın sabiq ulduzu Dele Alli uzun müddətdən sonra yaşıl meydanlara geri dönür.

Offsideplus.az xəbər verir ki, futbolçu "Komo" ilə anlaşmağa yaxındır. Bu barədə BBC məlumat yayıb.

İtaliya klubu ingiltərəli oyunçuya 1.5 illik müqavilə təklif edib.

Tərəflər arasında yaxın günlərdə rəsmi razılığın olacağı gözlənilir.

Qeyd edək ki, Dele Alli son olaraq "Everton"dan 2024-cü ilin yayından ayrılıb və həmin tarixdən klubsuz qalıb.