“Forbes” ən çox qazanc əldə edən tennisçilərin siyahısını tərtib edib
Offsideplus.az xəbır verir ki“Forbes” jurnalı, 2024-cü ildə ən çox gəlir əldə edən tennisçilərin siyahısını dərc edib. Bu siyahıda, həm kişi, həm də qadın tennisçiləri yer alıb və onların sponsorluk müqavilələri, turnir qazanc və digər gəlir mənbələri nəzərə alınıb. 
1. Carlos Alcaraz
İspan tennisçisi Carlos Alcaraz 2024-cü ildə 42,3 milyon dollar qazandı. Bu qazancın 10,3 milyon dolları turnir mükafatlarından, 32 milyon dolları isə sponsorluk müqavilələrindən gəldi. Alcaraz, Nike, Rolex və BMW kimi nəhəng şirkətlərlə əməkdaşlıq edir.
2. Novak Cokoviç
Serbiyalı ulduz Novak Cokoviç isə 37,2 milyon dollar qazandı. Cokoviçin qazancı, 12,2 milyon dolları turnir mükafatları, 25 milyon dolları isə sponsorluqdan əldə olunub. Onun bu sahədəki ən əsas sponsorları arasında Asics, Lacoste və ajanslar yer alır.
3. Coco Gauff
Amerikalı tennisçi Coco Gauff, 2024-cü ildə 27,1 milyon dollar qazanc əldə edib. Gauff, turnir mükafatları olaraq 7,1 milyon dollar, sponsorluk müqavilələrindən isə 20 milyon dollar gəlir əldə edib. Gauff, Louis Vuitton və Wilson kimi brendlərlə əməkdaşlıq edir.
4. Rafael Nadal
İspan tennisçisi Rafael Nadal 2024-cü ildə 23,3 milyon dollar qazandı. Nadalın əksər qazancı sponsor müqavilələrindən, o cümlədən 23 milyon dollar bu yolla əldə edilmişdir.