Azərbaycan Basketbol Liqasının B qrupunda “Şəki” "Quba"nı 72:66 hesabı ilə məğlub edərək liderliyini davam etdirdi.
Offsideplus.az xəbər verir ki, ötən tur yalnız komandanın üzvü Roti Veyr üçün də əlamətdar olub. Amerikalı basketbolçu ilk dəfə bölgə təmsilçisinin heyətində oyunun ən yaxşısı seçilib. Məsələ ilə bağlı Roti ilə əlaqə saxladıq. Amerikalı saytımıza açıqlamasında bunları söylədi:
"Özüm haqqda heç nə deyə bilmərəm. Düşünürəm ki, əla komanda oyunumuz var. Həmin qarşılaşmada birinci hissədə bir qədər səliqəsiz idik. Fasilədə bu barədə danışdıq. İkinci hissədə çox yaxşı müdafiə olunduq. Daha sonra “Quba” ilə matçda da yaxşı çıxış etdik və qələbə qazandıq. Ümumiyyətlə, bu fərdi deyil, komanda oyunudur".
Roti liqada ən çətin rəqibin adını açıqlayıb:
"Məncə, bu komanda “Ordu”dur. Onlar yaxşı oyunçulara malikdir. Tempə nəzarət edə bilirlər, komanda oyunu yaxşı səviyyədədir. “Ordu”nun kifayət qədər yaxşı məşqçisi var".