Sabah Avropa Liqasının əsas mərhələsinin VII turunda "Qarabağ" "FKSB" ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, bu gün oyundan öncə mətbuat konfransı keçirildi
Ağdam təmsilçisinin üzvü Elvin Cəfərquliyev görüş haqda bunları söyləydi:
"Bir qədər həyəcanlıyam. Bunun üçün üzrlü sayarsız. "Qarabağ"ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram. Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq. Məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizin qarşısında oynayırıq. Onları sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq".
Müdafiəçi hakimin güzəştə getməməsi ilə bağlı suala belə cavab verdi:
"Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən əmələ gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram".