Azərbaycan 1-ci liqasında çıxış edən “Cəbrayıl” klubunun baş məşqçisi Elhad Nəziri istefa verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis şəxsi istəyinə əsasən vəzifəsini tərk edib. Elhad Nəziri bu barədə şəxsi sosial media hesabında paylaşım edib. Baş məşqçi ayrılıqla bağlı fikirlərini belə ifadə edib:
“Əziz və doğma klubum “Cəbrayıl”! Artıq rəsmi şəkildə rəhbərliyə müraciət edərək klubdan ayrıldığımı bildirdim. Bu illər ərzində bütün gücümü komandanın inkişafına sərf etdim. Klub rəhbərliyinə, xüsusən də Şahin Məmmədov və Cavid Hüseynova mənə göstərdikləri dəstək və etimada görə təşəkkür edirəm.”
Hazırda klubda boş qalan baş məşqçi vəzifəsinə kimin gətiriləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, “Cəbrayıl” cari mövsüm ərzində keçirdiyi 11 oyundan 14 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.