Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Benfika" "Barselona"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, gərgin keçən oyunda qapılara 9 qol vurulub.

Oyunda hesabı 2-ci dəqiqədə Pavlidisin qolu ilə portuqallar açıb. 13-cü dəqiqədə Levandovski penaltini dəqiq yerinə yetirməklə qarşılaşmaya tarazlıq gətirib. 22 və 30-cu dəqiqələrdə fərqlənən Pavlidis "het-trik" edib. Rafinya 64-cü dəqiqədə fərqi minimuma endirib. Lakin cəmi 4 dəqiqə sonra Arauxo avtoqol müəllifi olmaqla yenidən komandasını 2 top geriyə salıb. 78-ci dəqiqədə Levandovski matçda 2-ci penaltisini yerinə yetirib və bu dəfə də hədəfdən yayınmayıb. 86-cı dəqiqədə Erik Qarsiya gözlənilmədən görüşə tarazlıq gətirib. Oyunda son nöqtəni Rafinya qoyub. O, əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə "Barsa"nın qələbə qolunu vurub.

Qarşılaşma İspaniya nəhənginin "4-5" hesablı qələbəsi ilə başa çatıb.

Oyunda vurulan qolları təqdim edirik: