Qış "transfer pəncərəsi"nin başlaması ilə birlikdə dedi-qodular da artmaqdadır.
Offsideplus.az xəbər verir ki, belə söz-söhbətlərdən biri də “Qarabağ” və “Neftçi”nin Elvin Bədəlovla maraqlanması ilə bağlıdır.
"Sumqayıt"ın kapitanı məsələ əlaqədar saytımıza açıqlamasında bunları söylədi:
“Yayılan məlumatlar həqiqəti əks-etdirmir. Şayiədir. Reallıq odur ki, mən “Sumqayıt”dayam. Gələcəkdə nəsə baş verəcəksə, bunu hər kəs biləcək. Amma hələlik buradayam."