Barış Alper Yılmaz üçün "Qalatasaray"a fantastik təklif irəli sürülüb.

Offsideplus.az xəbər verir ki, "Vestham" türk ulduzu transfer etmək istəyir. Bu barədə "Hürriyyet" nəşri məlumat yayıb.

24 yaşlı oyunçu üçün "Cim-Bom"a 30 milyon avro təklif olunub. Ancaq həm liqada, həm də avrokuboklarda uğurlu nəticəni hədəfləyən "sarı-qırmızılar" Barış Alperi satmaqdan imtina edib.

Qeyd edək ki, sözügedən futbolçu 2024/25 mövsümündə İstanbul nəhənginin forması ilə 28 oyuna çıxıb və 11 qola, 1 məhsuldar ötürməyə imza atıb.