UFC-nin yüngül çəkidə çempionu Meraab Dvalişvili yeni açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Merab Umar Nurməhəmmədovla keçirdiyi döyüşdən sonra rəqibinin yenidən titul uğrunda mübarizə aparacağına əmin olduğunu bildirib:

“Umar yaxşı döyüşçüdür və əminəm ki, o, yenidən titul uğrunda döyüşəcək. O, hələ gəncdir və bu məğlubiyyət onun üçün dərs olacaq".

Qeyd edək ki, UFC 311 turnirində Dvalişvili hakimlərin yekdil qərarı ilə Umar Nurməhəmmədova qalib gəlib.