Sərbəst güləş üzrə millimiz bu il ilk yarışına qatılacaq.

Offsideplus.az xəbər verir ki, millimizin 8 üzvü Bolqarıstanın Varna şəhərinə yollanacaq. Belə ki, güləş millimiz Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Yanvarın 23-dən 26-dək davam edəcək turnirdə Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək.