Azərbaycan Basketbol Liqasında XI turun bəzi oyunlarında klublar hakim idarəçiliyindən narazı qalmış və Azərbaycan Basketbol Federasiyasına etirazlarını bildirmişdi.

Offsideplus.az xəbər verir ki, məsələ ilə bağlı federasiyanın idman direktoru Turqay Zeytingözün rəhbərliyi ilə Azərbaycan Basketbol Liqasının (ABL) mütəxəssis heyəti və hakimlər komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə oyunlar izlənilib və yenidən təhlil olunub. 

ABF-nin yaydığı məlumata görə, aparılmış təhlilin yekun nəticəsi olaraq oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılmışdır.