Basketbol tarixində çoxsaylı əfsanəvi oyunçular var, lakin 1962-ci ilin martın 2-də Vilt Çemberlenin yazdığı rekord hələ də keçilməz olaraq qalır.
Offsideplus.az xəbər verir ki, o, “Philadelphia Warriors”un “New York Knicks” komandası ilə matçında tam 100 xal toplamağa müvəffəq olub. Bu tarixi matç Hershey, Pensilvaniya şəhərində keçirilmişdi. Maraqlıdır ki, həmin oyunu canlı izləyənlər cəmi 4124 tamaşaçı var idi, lakin bu, basketbol tarixində ən yaddaqalan hadisələrdən birinə çevrildi. Vilt Çemberlen bu oyunda 63 atışdan 36-sını səbətə göndərib və 28 sərbəst atışı daqiq yerinə yetirib. Bu rekord 60 ildən artıq müddətdir ki, keçilməz olaraq qalır və indiki dövrdə bu nailiyyəti təkrarlamaq mümkün görünmür.
Bu hadisə təkcə Vilt Çemberlenin deyil, basketbolun tarixinində yadda qalan hadisələrindən biridir.