Misli Premyer Liqasının 19-cu turunda "Kəpəz" "Turan Tovuz"a qalib gəldi - 5:2.
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Əvvəlcə xırda anlaşılmazlığa görə "Turan Tovuz" azarkeşlərindən üzr istəyirəm. Olmamalı idi. Futbol azarkeşlərlə gözəldir. Görüş haqda danışmaq çətindir. Gərgin oyun olacağını əvvəlcədən bilirdik. Müdafiədəki çətinlikləri öz xeyrimizə çevirməli idik. Bunu da bacardıq. Zəif nöqtələrimizi qapaya bildik. Sona kimi mübarizə apardıq və sonda qələbə qazandıq. Oyunçularımızı təbrik edirəm".