"Qalatasaray"ın ulduzu Dris Mertens Avropa Liqasında tarixi göstəriciyə imza atıb.

Offsideplus.az xəbər verir ki, belçikalı sözügedən turnirdə ən çox oyuna çıxan futbolçu olub.

Bu gün baş tutan "Qalatasaray"-"Dinamo" (Kiyev) qarşılaşması onun qitənin 2-ci dərəcəli klub turnirində 70-ci matçı olub.

Mertens portuqaliyalı qapıçı Rui Patrisiunu geridə qoyaraq zirvəyə yüksəlib.