Ötən gün Azərbaycan Basketbol Liqasında "Abşeron" səfərdə "Sərhədçi"ni 79:86 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, oyunun ən məhsuldar oyunçusu Jalen Şav oldu. Amerikalı saytımıza açıqlamasında qələbə barədə bunları söylədi: 

“Onlar əla komandadır. Sadəcə, həqiqətən çox mübarizə aparmalı olduq. Kollektiv olaraq çalışdıq və qalib gəldik”.

Basketbolçu oyunun ən yaxşısı seçilməsi barədə bunları söylədi: “Sadəcə, ən yaxşı edə biləcəyim şeylərə fokuslandım. Davamlı hücum etməyə çalışdım və zərbələri dəqiq yerinə yetirmək istədim. Komanda yoldaşlarım mənə çox kömək etdi. Hbgamsına təşəkkür edirəm”.