Misli Premyer Liqasında bu mövsüm ən çox qollar VII, VIII və X turlarda vurulub: 

VIII tur - 19 qol

X tur - 18 qol

VII tur - 17 qol

Təəccüblüdür ki, fasilədən sonra ilk həftədə mövsümün hazırkı rekorduna yaxın sayda qol qeydə alınıb. XIX turda qapılara nə az, nə çox 17 top vuruldu. Liqanın ikinci yarısının belə məhsuldar başlama səbəbini Aslan Kərimovla aydınlaşdırmağa çalışdıq. 

Mütəxəssis offsideplus.az-a açıqlamasında məsələni futbolçuların hələ tam formaya qayıtmaması ilə əlaqələndirdi:

"Yeni başlayanda səhvlər çox olur. Fasilə buraxılırsa və bir müddət sonra yenidən başlanılırsa, çox nöqsanalara yol verilə bilir. Nəticədə də qollar buraxılır. Futbolçular meydanlara yeni qayıtdıqları üçün hələ ki, tam dinamikaya düşə bilməyiblər. Bu səbəbdən də rəqiblərinə fərqlənmək üçün fürsətlər verirlər".

Qeyd edək ki, çempionatın XX turu yanvarın 24-dən etibarən start götürəcək.