Döyüşçümüz Rafael Fiziyev Castin Qeyci ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bir çox insayderlərin fikrincə ilk döyüşündə uduzmasına və səkkizbucaqda uzun müddət olmamasına baxmayaraq təmsilçimiz bu qarşılaşmada favorit olaraq göstərilir.
Dünən UFC rəhbəri Dana Uayt rəsmən bəyan edib ki, azərbaycanlı döyüşçü qolunu sındıran Den Hukeri əvəzləyəcək və martın 9-da Las-Veqasda keçiriləcək UFC 313 turnirində amerikalı ilə görüşəcək və burada onların döyüşü tədbirin əsas kartında olacaq.
Qeyd edək ki, döyüşçülər arasında ilk görüş 2023-cü ilin martında baş tutdu və Qadci hakimlərin səs çoxluğu ilə qalib gəldi.