Süni İntellekt "DeepSeek" UFC313 turniri çərçivəsində keçiriləcək əsas kartın digər döyüşü — Castin Qeyci - Rafael Fiziyev qarşılaşmasına proqnoz verib.
Offsideplus.az xəbər verir ki, martın 9-da Las Veqasda baş tutacaq döyüş barədə "DeepSeek" belə deyib:
"Bu, yaxın döyüş olacaq. Lakin Castin Qeyci dözüm, təzyiq və rəqibi təpik və sürəti ilə yora bildiyi üçün üstünlüyə sahibdir. Buna baxmayaraq, Rafael Fiziyevin texniki hücumları, sürəti onun şansını artırır. Azərbaycanlı döyüşçü Qeycinin güclü zərbələrindən və əks-hücumlarından qaça bilsə, asanlıqla qələbə qazana bilər".
Süni İntellekt qələbənin ABŞ döyüşçüsünə qismət olacağını təxmin edib:
"Qalib: Castin Qeyci. Yekun qərar və ya texniki nokautla zəfər qazanacaq".
Qeyd edək ki, UFC313-də əsas kartın döyüşləri 9 mart Bakı vaxtı ilə saat 07:00-dan start götürəcək.