"Eyndhoven" Niderland çempionatında növbəti oyununa çıxıb.

"Offsideplus.az" xəbər verir ki, sözügedən komanda səfərdə "Utrext"in gəncləri ilə qarşıaşıb. 7 qolun vurulduğu oyunda "Eyndhoven" qələbə qazanıb - 5:2.

Millimizin üzvü Ozan Can Kökçü bu görüşdə start heyətində meydana çıxıb və sona qədər oynayıb. Cinah oyunçusu 1 qol vurub, 2 məhsuldar ötürmə edərək komandasının qələbəsində pay sahibi olub.

"Eyndhoven" 19 turdan sonra 29 xalla 10-cu sıradadır.