Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I divizionunda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "Eyndhoven" XXXIII turda səfərdə “Venlo” ilə üz-üzə gəlib və 2:2 hesablı heç-heçə edib.
Ozan meydana 58-ci dəqiqədə çıxıb və sonadək mübarizə aparıb. O, 68-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, “Eyndhoven” hazırda turnir cədvəlində 51 xalla 7-ci pillədədir.